Masallı rayonunun Qarğalar kəndində tibb məntəqəsi istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Bu yaşayış məntəqəsi rayon mərkəzindən 20 kilometr aralıda yerləşir.
Kənd sakinlərinin keyfiyyətli tibbi xidmətlərdən yararlana biləcəyi yeni tibb məntəqəsinin ikimərtəbəli binası müasir avadanlıqla təchiz olunmuş altı kabinetdən ibarətdir. Burada ilkin yardım, peyvənd, stomatologiya, manipulyasiya və doğum şöbələri fəaliyyət göstərir.
Son illər ərzində Masallı rayonunun ucqar kəndlərində 16 tibb məntəqəsi inşa edilib.
G.Qənbərova