Ermənistan işğal siyasətinə son qoymayana qədər regional layihələrdən tam təcrid olunacaq. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bəyan edib.
“”Əfsuslar olsun ki, Azərbaycan ərazisinin 20%-ni işğal etmiş Ermənistan bu gün də işğalçılıq siyasətini davam etdirir. Qonşu dövlət bu siyasəti davam etdirdikcə, regionda reallaşdırılan layihələrdən kənarda qalacaq, tam təcrid olunacaq”, - deyə Ş.Mustafayev Bakıda B-20 Azərbaycan Regional Məsləhət Forumunda çıxışı zamanı bildirib.
Nazir bəyan edib ki, beləliklə də “Ermənistanın iqtisadi inkişafından söhbət gedə bilməz”.
O vurğulayıb ki, Azərbaycan strateji tərəfdaşları ilə, ilk öncə Türkiyə, Gürcüstan və digər ölkələrlə sabitliyə, inkişafa, o cümlədən iqtisadi tərəqqiyə xidmət edir.
F.İsazadə