Çərşənbə axşamı SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) və Türkiyə Palatalar və Birjalar Birliyi (Türkiye Odalar ve Borsalar Birliyi - TOBB) arasında strateji əməkdaşlığa dair saziş imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və TOBB-nin prezidenti Rıfat
Hisarcıklıoğlu imzalayıblar.
Saziş xüsusilə iki təşkilat arasında TOBB-nin sədr olduğu B20 (İşgüzar iyirmilik) formatında əməkdaşlığı nəzərdə tutur.
A.Axundov