Nepal hakimiyyəti baş vermiş yeni zəlzələ səbəbindən Katmandu aeroportunun müvəqqəti olaraq bağlanmasına dair qərar qəbul edib. Bu barədə çərşənbə axşamı Qərb KİV-ləri məlumat verir.
Hava limanından uçuşlar müvəqqəti dayandırılıb. Hava limanının işinin nə zaman bərpa ediləcəyi barədə məlumat verilmir.
Bu gün səhər Nepalda 7,4 maqnitudalı zəlzələ baş verib. Bu zəlzələdən bir qədər sonra ABŞ Geoloji Xidməti 5 və 6,3 maqnitudalı daha iki yeraltı təkan barədə xəbər verib.
Zəlzələ Hindistanın şimalında və Banqladeşdə də hiss olunub.
Hələ ki, dörd nəfərin öldüyü barədə məlumat verilib. Zəlzələ nəticəsində çoxlu sayda bina dağılıb.
Xatırladaq ki, aprelin 25-də Nepalda baş vermiş 7,9 maqnitudalı zəlzələ nəticəsində 8 mindən çox insan həlak olub, 18 minə yaxın insan yaralanıb.