Milli Məclisin deputatı Fəzail Ağamalı 14-15 may tarixlərində Sankt-Peterburq şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Yerli özünüidarəetmə və dövlət quruculuğu təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclasında iştirak edəcək. Bu barədə parlamentin mətbuat xidmətinin məlumatında deyilir.
Tədbirin gündəliyinə Dövlət və bələdiyyə qulluğuna dair model Məcəllənin, “Sərhədyanı əməkdaşlıqda yerli hakimiyyət orqanlarının iştirakının qaydaları haqqında”, “İctimai nəzarətin əsasları haqqında”, “Yerli özünüidarəetmənin təşkilinin ümumi prinsipləri haqqında” model qanunların layihələri və digər məsələlər daxil edilib.
R.Babayev