Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2015-ci ilin yanvar-aprel aylarında 7,3 mln. manat məbləğində adi veksellərlə əqdlər qeydiyyata alıb ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 43% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QKDK-dan məlumat verilib.
Məlumata əsasən, hesabat dövründə Dövlət Komitəsi girovla bağlı 4 (azalma 20%), girovun əlavə qeydiyyata alınması üzrə əməliyyat qeydiyyata almayıb (2014-cü ilin yanvar-aprel aylarında 10 bu cür əməliyyat qeydiyyata alınıb).
2015-ci ilin yanvar-aprel aylarında QKDK tərəfindən 635 ipoteka kağızı (azalma 34%) qeydə alınıb, 523 ipoteka kağızı (azalma 39%) isə əlavə qeydiyyatdan keçib
Xəbər verildiyi kimi, QKDK 2014-cü ildə 39 mln. 42,796 min manat məbləğində adi veksellərlə əqdlər qeydə alıb.
A.Axundov