2015-ci ilin I rübündə tikinti işlərində qiymətlər 2014-cü ilin IV rübü ilə müqayisədə 0,8% artıb. Bu barədə Dövlət Statistika Komitəsinin saytında məlumat verilir.
Statistik məlumatlara əsasən, 2015-ci ilin birinci rübündə yerüstü tikililər bölməsində qiymətlər 0,9% bahalaşıb.
Xüsusilə I rübdə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlərdə ötən ilin IV rübü ilə müqayisədə 0,9%, sosial təyinatlı binaların və istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlərdə isə 0,8% bahalaşma müşahidə edilib.
Birinci rübdə sosial təyinatlı binalardan inzibati binaların tikintisi üzrə qiymətlər 0,6%, ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər 0,9%, istehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər isə 0,8% bahalaşıb.
2015-ci ilin I rübündə Azərbaycanda yol və körpü tikintisi 0,1% bahalaşıb.
A.Axundov