İordaniya beynəlxalq təşkilatların Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi bütün qətnamələri və Bakının bu məsələdə mövqeyini dəstəkləyir. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində Azərbaycan-İordaniya parlamentlərarası dostluq qrupunun həmsədri Hazem Qaşu söyləyib.
“Bizim tərəfimizdən bu məsələ ilə əlaqədar olaraq Azərbaycana məktub göndərilib. Bu məktubda İordaniyanın Azərbaycana tam dəstəyi ifadə olunub”, - deyə o əlavə edib.
“Bizim mövqeyimiz İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq təşkilatların qətnamələri ilə üst-üstə düşür. Biz Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş bütün qətnamələri dəstəkləyirik. Biz bütün problemlərdə Azərbaycanın yanındayıq və onu tamamilə dəstəkləyirik”,- deyə H.Qaşu vurğulayıb.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/639715 ünvanında tanış ola bilərsiniz.
F.İsazadə