Vyetnam Sosialist Respublikasının prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri çərçivəsində cümə axşamı Bakıda ikitərəfi əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“SOCAR və “Petrovietnam” arasında neft və qaz sənayesində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Vietnam Oil and Gas Group” şirkətinin prezidenti və baş direktoru Nquyev Quoc Xan imzalayıblar.
Bundan başqa, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı və kəndin inkişafı sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”, “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”,“Azərbaycan Respublikası Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”imzalanıb .
Azərbaycan prezidenti İlham Əliyev və Vyetnam prezidenti Çıonq Tan Şanq ikitərəfli görüşün yekunları üzrə mətbuata birgə bəyanatla çıxış ediblər.
R.Babayev