Vyetnam və Azərbaycan ticari-iqtisadi əməkdaşlığı genişləndirmək üçün böyük imkanlara malikdirlər. Bu barədə Vyetnam Sosialist Respublikasının prezidentiÇıonq Tan Şanq cümə axşamı Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında qeyd edib.
“Beynəlxalq arenada addımlarımızı əlaqələndirmək məqsədilə XİN-lər arasında daha sıx məsləhətləşmələrin keçirilməsi vacibdir”, - deyə Ç.T.Şanq bildirib.
O, ikitərəfli iqtisadi əməkdaşlığın yaxşı perspektivləri olduğunu qeyd edib.
“2014-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi $422 mln. təşkil edib, bu isə 2013-cü ilin göstəricisindən 30% çoxdur”, - deyə prezident vurğulayıb.
O bəyan edib ki, Vyetnam neft-qaz sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir.
“Bu, əməkdaşlığın çox mühüm sahəsidir. Əlaqələrimizin strateji təməli var. Çünki vaxtilə Bakıya səfər etmiş prezidentimiz Xo Şi Min zəngin neft və qaz yataqlarını gördükdən sonra bu sahədə birgə çalışmağımızı istəyib”, - deyə Ç.T.Şanq bildirib.
O, regional təhlükəsizliyin sülh və danışıqlar yolu ilə təminatının əhəmiyyətini vurğulayıb.
Y.Əliyev