2015-ci ilin yanvar-aprel aylarında Azərbaycanda əmtəəlik neft hasilatı 14,2 mln. ton təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2014-cü ilin yanvar-aprel aylarında Azərbaycanda əmtəəlik neft hasilatı 14,1 mln. ton təşkil edib. Beləliklə, 2015-ci ilin 4 ayı ərzində respublikada əmtəəlik neft hasilatının həcmi 0,7% artıb.
Yanvar-aprel aylarında Azərbaycanda əmtəəlik qaz hasilatı 6,8 mlrd. kubmetr (artım 11,4% - İF-Az) təşkil edib.
Xəbər verildiyi kimi, 2014-cü ildə respublikada neft hasilatı 41,9 mln. ton, əmtəəlik qaz hasilatı 18,7 mlrd. kubmetr təşkil edib.
Hökumət 2015-ci ildə neft hasilatını 40 mln. 615,6 min ton, qaz hasilatını (əmtəəlik qaz da daxil olmaqla) 28 mlrd. 420 mln. kubmetr həcmində proqnozlaşdırır.
N.Abbasova