2015-ci ilin noyabr ayında Səudiyyə Ərəbistanında üçüncü Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçiriləcək. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev cümə günü Bakıda keçirilən ikinci biznes forumda bildirib.
“Birinci biznes forum 2013-cü ildə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Səudiyyə Ərəbistanında keçirilib. Biz cari ilin noyabr ayında növbəti biznes forumun keçirilməsi barədə razılığa gəldik”, - deyə Ş.Mustafayev qeyd edib.
Onun sözlərinə görə, cümə günü Bakıda keçirilən biznes forumda Səudiyyə Ərəbistanının 160 nümayəndəsi iştirak edir, onların 122-si sahibkardır. Azərbaycandan isə tədbirə 100-dən çox iş adamı qatılıb.
A.Axundov