Seçici siyahılarının hazırlanması prosesi başa çatır. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov cümə günü komissiyanın iclasında məlumat verib.
“Hazırda seçkilərdə səs vermək hüququna malik olan Azərbaycan vətəndaşlarının siyahılarının son hazırlıq mərhələsi həyata keçirilir. Siyahılar mayın sonuna qədər hazır olmalıdır”, - deyə M.Pənahov vurğulayıb.
Onun sözlərinə görə, mayın 25-dən 30-dək seçici siyahılarının dəqiqləşdirilməsi prosesinin başa çatması gözlənilir.
“Sonra seçici siyahılarına rəsmi status veriləcək. Cari ildə növbəti parlament seçkilərinin keçirilməsi planlaşdırılır, o zamana qədər seçici siyahıları dəqiqləşdiriləcək, onlara müvafiq dəyişikliklər ediləcək. Bu, ciddi proses olduğundan ona çox diqqətlə yanaşmaq lazımdır”, - deyə M.Pənahov qeyd edib.
MSK sədri vurğulayıb ki, dairə seçki komissiyalarının 90%-i artıq öz dairələri üzrə seçici siyahılarını təqdim edib.
R.Babayev