SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Kompleks Qazma İşləri Tresti “Neft Daşları” yatağında yeni quyunun qazma işlərinə başlayıb. Bu barədə şirkətin saytında məlumat verilir.
2593 nömrəli quyu 2585 nömrəli platformadan qazılır. Quyunun layihə dərinliyi 2,32 min metrdir. Quyu Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılır.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir.
N.Abbasova