İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları Azərbaycan Texnologiya Universitetində seminar-müşavirə keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Universitetin tələbələri və müəllim heyətinə istehlakçıların hüquqlarının qorunması ilə bağlı qanunvericilik sənədləri, onları qoruyan orqan və qanunun pozulmasının qarşısını alınması ilə bağlı davranış qaydaları barədə məlumatlar verilib.
Həmçinin müzakirələrdə alqı-satqı zamanı istehlakçıların hüquqları, qarşı tərəflə münasibətlərin pozulduğu zaman atılacaq addımlar nəzərdən keçirilib.
Qeyd olunub ki, vətəndaşların maarifləndirilməsi bu sahədə mövcud olan neqativ halların aradan qaldırılmasına hesablanıb.
F.Mehdiyev