Prezident İlham Əliyev əmindir ki, “Bakı-2015” Avropa Oyunlarından sonra Azərbaycana gələn turistlərin sayı artacaq.
“Azərbaycana milyonlarla turist gəlir. Əminəm ki, Avropa Oyunlarından sonra onların sayı daha da artacaq”, - deyə dövlət başçısı bu gün Bakıda beşulduzlu “Bulvar Hotel”in açılış mərasimində bildirib.
Onun sözlərinə görə, Azərbaycana gələn hər bir turist yenidən bu ölkəyə səfər etmək istəyir.
“Müasir otellər, istirahət zonaları qonaqları cəlb edir. Lakin biz bütün bunları, ilk növbədə Azərbaycan vətəndaşları, onların istirahəti və rahatlığı üçün edirik”,- deyə prezident vurğulayıb.
İ.Əliyev bildirib ki, yeni otel Azərbaycanda və ümumiyyətlə regionda ən böyük oteldir.
F.İsazadə