Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 18-nə manatın dollara nisbətən rəsmi məzənnəsini mayın 15-də qeydə alınmış 1,0472 manat/$1 səviyyəsinə qarşı 1,0471 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə Bakı Banklararası Valyuta Birjasının saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0095% möhkəmlənib.
AMB mayın 18-nə manatın avroya nisbətən rəsmi məzənnəsini mayın 15-də qeydə alınmış 1,1946 manat/1EUR səviyyəsinə qarşı 1,1969 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,1925% ucuzlaşıb.
Mayın 18-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi mayın 15-də qeydə alınmış 0,0209 manat/1RUR səviyyəsinə qarşı 0,0211 manat/1RUR səviyyəsində müəyyənləşdirilib. Beləliklə, manat rubla nisbətən 0,9569% ucuzlaşıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov