İyunun 2-3-də Bakıda Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 8-ci iclası keçiriləcək. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) saytında məlumat verilir.
“Bu məqsədlə Avstriya tərəfindən komissiyanın həmsədri, elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropa inteqrasiyası üzrə müavini Bernadette Qierlinqerin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edəcək. İclasda iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlığın vəziyyəti və daha da genişləndirilməsi məsələləri müzakirə ediləcək”, - deyə məlumatda qeyd olunur.
Azərbaycan tərəfindən komissiyanın həmsədri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovdur.
N.Abbasova