2014-cü il ərzində dövlət büdcəsinin kəsiri 308 mln. 434,456 min manat və ya ÜDM-in 0,5%-ni təşkil edib.
“Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi Maliyyə Nazirliyinin saytında dərc olunub.
Nazirliyin məlumatına əsasən, 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18mlrd. 400mln. 565,231 min manat təşkil edib.
Gəlirlərin strukturunda ƏDV üzrə daxilolmalar 3mlrd. 119mln. 578,003 min manat. mənfəət vergisi üzrə 2mlrd. 302mln. 479,166 mln. manat, gəlir vergisi üzrə 980 mln. 344,191 min manat, aksizlər üzrə 797 mln. 328,833 min manat, gömrük rüsumları üzrə 365 mln. 894,297 min manat təşkil edib.
2014-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə daxilolmalar 9 mlrd. 337 mln. manat təşkil edib.
Qalan gəlirlər digər vergilər və maddələr üzrə əldə olunub.
2014-cü ildə dövlət büdcəsinin xərcləri 18mlrd. 708mln. 999,987 min manat təşkil edib.
Xərclərin strukturunda müdafiə sahəsinə 1 mlrd. 516 mln. 88,211 min manat, təhsil sahəsinə 1 mlrd. 553 mln. 864,912 min manat, səhiyyə sahəsinə 665 mln. 312,025 min manat, sosial müdafiə və sosial təminat sahəsinə 1 mlrd. 971 mln. 168,916 min manat təşkil edib.
2014-cü ildə dövlət kapital qoyuluşları 6 mlrd. 256 mln. 706,719 min manat olub.
Bundan başqa, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlərin reallaşmasına 1 mlrd. 171 mln. 999,167 min manat yönəldilib, qalan məbləğ digər xərclərin payına düşüb.
Nazirliyin məlumatına görə, 1 yanvar 2015-ci il tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabında qalıq 1 mlrd. 728 mln. 622,3 min manat təşkil edib. Bu vəsait 2015-ci il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldilə bilər.
A.Əzizov