Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında xüsusi rol oynadığını qeyd edir.
“Azərbaycan mədəniyyətlərarası dialoqda vacib rol oynayır”,- deyə dövlət başçısı bazar ertəsi Bakıda işə başlamış III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, zəngin multikulturalizm ənənələri bizim aktivlərimizdən biridir və biz bununla fəxr edirik.
İ.Əliyev, həmçinin təhsili ekstremizmdən və digər mənfi təzahürlərdən sığorta kimi qiymətləndirərək deyib ki, əhalisi 100 faiz savadlı olan Azərbaycan bu mənada örnək ola bilər.
Prezident bildirib ki, Azərbaycan iqtisadi layihələr həyata keçirməklə sivilizasiyaların yaxınlaşmasına töhfə verir.
“Avropa ilə Asiyanı birləşdirən Böyük İpək Yolunun bərpası və Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi buna nümunədir.
İ.Əliyev qeyd edib ki, Azərbaycan dünyada ilk ölkədir ki, iki il ərzində həm Avropa Oyunlarına, həm də İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək.
F.Hüseynzadə