UNESCO-nun baş direktoru İrina Bokova Bakıda rəhbərlik etdiyi təşkilat və Britaniyanın “Tudor Rose” nəşriyyatının birgə əməkdaşlığı ilə çap edilmiş “Fərqliliklə razılaşaq” (“Agree to Differ”) kitabının təqdimatını keçirib. Kitab Mədəniyyətlərin yaxınlaşmasıüzrəBeynəlxalqOnillik münasibəti ilə buraxılıb.
Kitabın təqdimatı “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” devizi altında keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutub. Forumun işində BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser, UNESCO-nun baş direktoru İrina Bokova, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri, BMT-nin Dünya Turizm Təşkilatının baş katibinin turizm və sülh üzrə müşaviri Amr Abdel-Qaffar iştirak edirlər.
İ.Bokova Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəniyyətlərarası dialoqun inkişafında xidmətlərini qeyd edib və UNESCO-nun müvafiq sertifikatını ona təqdim edib.
Öz növbəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nasir Əbdüləziz əl Naser, İrina Bokova, İyad bin Amin Mədəni, Əbdüləziz Osman əl-Tüveycri, Amr Abdel-Qaffar, eləcə də Avropa Şurasının Demokratik vətəndaşlıq və iştirak şöbəsinin direktoru Jan Kristof Baya forumun simvolunu təqdim edib.
F.Hüseynzadə