Azərbaycanıın multikulturalizmin inkişafı üzrə təcrübəsi dünyada təşviqə layiqdir. Fransa Senatının üzvü Natali Qule belə hesab edir.
“Biz Azərbaycanın təcrübəsini respublikanın hüdudlarından kənarda yaymalıyıq”, - deyə N.Qule bazar ertəsi Bakıda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” devizi altında keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib.
Onun sözlərinə görə, “əgər qadınların hüquqları barədə danışsaq, o zaman Bakıda qadın olmaq Ər-Riyadda qadın olmaqdan daha yaxşıdır”.
“Azərbaycan Avropa Şurasının meyarlarına çatmaq üçün səy göstərir”, - deyə o qeyd edib.
Senat üzvü beynəlxalq münasibətlərdə ikili standartların mövcudluğunu qeyd edib və forumun ümümi bəyannaməsinin qəbul edilməsinin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan ərazisinin bir hissəsinin işğalının yolverilməz olması kimi məsələlər barədə açıq danışmaq lazımdır.
F.Hüseynzadə