Ötən həftə Azərbaycanın yollarında qeydə alınan yol-nəqliyyat hadisələri 9 nəfərin həyatına son qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, həftə ərzində ölkədə 21 yol qəzası qeydə alınıb, nəticədə daha 34 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Ən ağır yol qəzası Siyəzən rayoununda baş verib. Burada “KamAZ” markalı yük avtomobili bir qadınla qızını vurub. Nəticədə yaralılar Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Qız xəstəxanada vəfat edib, qadının həyatını isə xilas etmək mümkün olub.
Bundan başqa, Bakının Nəsimi rayonunda yüksək sürətlə idarə olunan “Kia” markalı avtomobil aşıb, salonda olan dörd nəfər müxtəlif dərəcəli xəsarət alıb.
C.Həmidov