Bakının Binəqədi rayonunda, “Azadlıq” metro stansiyası yaxınlığında çoxmərtəbəli bina yanır. Bu barədə yerli mətbuat məlumat verir.
Yanğın binanın plastik üzlüyünün alışması nəticəsində baş verib.
Bir neçə yanğınsöndürən briqada hadisə yerinə cəlb edilib.
Bu, Bakıda binanın plastik üzlüyünün alışması nəticəsində baş verən ilk yanğın hadisəsi deyil. Bu ilin əvvəlində paytaxtın başqa bir rayonunda yaşayış binasında baş vermiş yanğın nəticəsində iki mənzil yanmışdı.
Y.Əliyev