Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Bakıda yanan çoxmərtəbəli binadan 10-a yaxın sakini təxliyyə ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri hadisə yerindən məlumat verir.
Çərşənbə axşamı Bakının Binəqədi rayonunda, “Azadlıq” metro stansiyası yaxınlığında 16 mərtəbəli binanın plastik üzlüyünün alışması nəticəsində yanğın baş verib.
Bir neçə yanğınsöndürən briqada, həmçinin helikopter hadisə yerinə cəlb edilib.
Bu, Bakıda binanın plastik üzlüyünün alışması nəticəsində baş verən ilk yanğın hadisəsi deyil. Bu ilin əvvəlində paytaxtın başqa bir rayonunda yaşayış binasında baş vermiş yanğın nəticəsində iki mənzil yanmışdı.
Y.Əliyev