Daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov Bakının Binəqədi rayonunda yanğının baş verdiyi əraziyə gəliblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri hadisə yerindən məlumat verib.
Bundan əvvəl isə fövqəladə hallar və daxili işlər nazirlərinin müavinləri hadisə yerinə gəliblər.
Çərşənbə axşamı Bakının Binəqədi rayonunda, “Azadlıq” metro stansiyası yaxınlığında çoxmərtəbəli binada baş verən yanğın nəticəsində iki nəfər, o cümlədən də bir uşaq həlak olub. Hadisə nəticəsində ümumilikdə 15 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Yanğının binanın plastik üzlüyünün alışması nəticəsində baş verdiyi guman edilir.
Bu, Bakıda binanın plastik üzlüyünün alışması nəticəsində baş verən ilk yanğın hadisəsi deyil. Bu ilin əvvəlində paytaxtın başqa bir rayonunda yaşayış binasında baş vermiş yanğın nəticəsində iki mənzil yanmışdı.
Y.Əliyev