Baş prokuror Zakir Qaralov Bakının Binəqədi rayonunda yanğın nəticəsində 4 nəfərin həlak olması barədə məlumat verib.
“İlkin məlumatlara əsasən, yanğının baş verdiyi çoxmərtəbəli binada 4 nəfər həlak olub, daha 14 nəfər xəsarət alıb”, - deyə Z.Qaralov bəyan edib. Onun sözlərinə görə, xəsarət alanlar arasında yanğınsöndürənlər də var.
Z.Qaralov və daxili işlər naziri Ramil Usubov müavinləri ilə birgə hadisə yerindədirlər.
Çərşənbə axşamı səhər çoxmərtəbəli binada baş verən yanğının binanın plastik üzlüyünün alışması nəticəsində baş verdiyi guman edilir.
Bu, Bakıda binanın plastik üzlüyünün alışması nəticəsində baş verən ilk yanğın hadisəsi deyil. Bu ilin əvvəlində paytaxtın başqa bir rayonunda yaşayış binasında baş vermiş yanğın nəticəsində iki mənzil yanmışdı.
Y.Əliyev