Bakının Binəqədi rayonunda yaşayış binasında baş verən yanğına keyfiyyətsiz üzlük örtüyü səbəb olub. Bu barədə baş prokuror Zakir Qaralov hadisə yerində jurnalistlərə bəyan edib.
“Yanğının ilkin səbəbi binanın üzlük örtüyünün lazımi keyfiyyətdə olmaması ilə əlaqədardır. İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Bu hərəkətə lazımi qiymət veriləcək”, - deyə Z.Qaralov bildirib.
Onun sözlərinə görə, baş verən yanğınla bağlı Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq birgə istintaq qrupu yaradıb.
Y.Əliyev