Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov çərşənbə axşamı Özbəkistana işgüzar səfərə yola düşüb. Bu barədə FHN-in saytında məlumat verilir.
“Səfər Özbəkistanın fövqəladə hallar naziri Tursinxan Xudayberqenovun dəvəti ilə həyata keçirilir. Səfərdə əsas məqsəd iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında fövqəladə halların idarə edilməsi sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsidir”, - deyə məlumatda qeyd edilir.
Səfər çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha effektiv cavabvermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.
N.Abbasova