Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Bakı Olimpiya Stadionu ətrafında inşa olunan yol-nəqliyyat infrastrukturunun açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Olimpiya Stadionu ətrafında 82 min kvadratmetrlik ərazidə geniş yaşıllıq sahəsi salınıb. Ərazidə 3,2 min yerlik avtomobil parkı inşa edilib.
Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verib ki, çəkilən yolun ümumi uzunluğu bir kilometrdir və onun hərəkət hissəsi 2-6 zolaqlıdır. Yol boyunca 2 körpü inşa olunub. Birinci körpünün uzunluğu 205, ikinci körpünün uzunluğu isə 162 metrdir.
Həmçinin İ.Əliyev uzunluğu 900 metrə, eni isə 30 metrə yaxın olan piyada yolu ilə tanış olub. Yol üzərində iki tunel tikilib. Yolun qapalı hissəsinin uzunluğu 92, açıq hissəsinin uzunluğu 691 metrdir. Piyadalar üçün nəzərdə tutulan yolda 115 metr uzunluğunda körpü inşa olunub. Tuneldən keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini birləşdirir.
Y.Əliyev