Hüquq-mühafizə orqanlarının əməkdaşları bu gün Binəqədi rayonunda çoxsaylı insan tələfatına səbəb olan yanğının baş verdiyi çoxmərtəbəli binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbərini tutublar. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verib.
Qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.
Y.Əliyev