Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 20-nə manatın dollara nisbətən rəsmi məzənnəsini mayın 19-da qeydə alınmış 1,0477 manat/$1 səviyyəsinə qarşı 1,0485 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə Bakı Banklararası Valyuta Birjasının saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0763% ucuzlaşıb.
AMB mayın 20-nə manatın avroya nisbətən rəsmi məzənnəsini mayın 19-da qeydə alınmış 1,1842 manat/1EUR səviyyəsinə qarşı 1,1680 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 1,3680% möhkəmlənib.
Mayın 20-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi mayın 19-da qeydə alınmış 0,0213 manat/1RUR səviyyəsinə qarşı 0,0211 manat/1RUR səviyyəsində müəyyənləşdirilib. Beləliklə, manat rubla nisbətən 0,9478% möhkəmlənib.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov