SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Kompleks Qazma İşləri Tresti yeraltı qaz anbarı (YQA) kimi istifadə edilən “Qaradağ” yatağındakı yeni quyuda qazma işlərinə başlayıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
485 nömrəli quyunun layihə dərinliyi 3,1 min metrdir.
İstismara verildikdən sonra quyuya sutkalıq 100 min kubmetr qaz vurulacaq.
Quyu Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə qazılır.
Azərbaycanda iki yeraltı qaz anbarı var – “Qalmaz” və “Qaradağ”. Bakıdan 75 km cənub-şərqdə yerləşən “Qalmaz” yeraltı qaz anbarı 1955-ci ildə, paytaxtdan 25 kilometr cənub-şərqdə yerləşən “Qaradağ” yeraltı qaz anbarı isə 1954-cü ildə istismara verilib.
N.Abbasova