Azərbaycan prezidenti İlham Əliyev mayın 20-də Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada yanğının baş verdiyi ərazidə olub. Bu barədə ANS telekanalı məlumat verir.
Dövlət başçısına baş vermiş yanğının ilkin səbəbləri, hadisə zamanı və sonra görülən tədbirlər, eləcə də xəsarət alanların son vəziyyəti, bina sakinlərinin yerləşdirilməsi və s. məsələlərlə bağlı ətraflı məlumat verilib.
Prezident İ.Əliyev vəziyyətlə yaxından tanış olduqdan sonra bütün müvafiq tədbirlərin maksimum dərəcədə operativ görülməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.
Çərşənbə axşamı dövlət başçısı Bakının Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, dünən Bakının Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 53 nəfər xəsarət alıb.
R.Babayev