Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Belqrad şəhərində keçiriləcək “Səmərəli nəzarət üçün şəffaflıq və məsuliyyətdə parlamentin rolu” mövzusunda konfransda iştirak edəcək.
Milli Məclisin mətbuat xidmətinin məlumatına əsasən, bu məqsədlə deputat çərşənbə günü Serbiyaya səfər edəcək.
Konfrans iştirakçıları korrupsiyaya qarşı mübarizə ilə bağlı biliklərin təşviqi, şəffaflığın gücləndirilməsi, idarəçilik məsələləri üzrə əməkdaşlıq və təcrübə mübadiləsi mövzularında müzakirələr aparacaqlar.
Ə.Hüseynlinin Belqrada səfəri mayın 23-dək davam edəcək.
R.Babayev