Azərbaycanın Şəki və Fransanın Kolmar şəhərləri arasında qardaşlaşma xartiyası imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu Şəki Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Bu məqsədlə Kolmar şəhərinin meri Jilber Meyerin başçılıq etdiyi nümayəndə heyəti Şəkidədir.
J.Meyer Şəki ilə Kolmar şəhəri arasında bir çox oxşar cəhətlərin olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, xartiyanın imzalanmasına dair qərar asan əldə olunmayıb, çünki bu ideyaya qarşı çıxış edənlər olub.
“Kolmar meriyasının Şurasında 4 müxtəlıf partiyanın nümayəndəsi təmsil olunub. Onlar Azərbaycanın əldə etdiyi uğurlar qarşısında aciz qalaraq bu qardaşlaşma sənədinə razılıq veriblər. Bunun üçün 3 il vaxt lazım oldu. Mən şadam ki, nəhayət, Kolmar və Şəki qardaşlaşdı", - deyə J.Meyer bəyan edib.
İ.Əhmədov