Bu gün səhər Yalamadan Bakıya gələn sərnişin qatarında yanğın baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
“Hadisə nəticəsində vaqon yanıb. Sərnişinlər və qatarın şəxsi heyəti təxliyyə edilib, zərərçəkən yoxdur. Yanğının səbəbləri araşdırılır, lakin ilkin ehtimala görə yanğına siqaret səbəb olub”, - deyə N.Əzməmmədov qeyd edib.
Hadisə yerinə yanğının söndürülməsində istifadə olunan xüsusi qatar cəlb edilib.
Mətbuat katibinin sözlərinə görə, hazırda qatar depoya yola salınıb. Bu istiqamətdə qatarların hərəkəti bərpa edilib.
N.Abbasova