Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 21-nə manatın dollara nisbətən rəsmi məzənnəsini mayın 20-də qeydə alınmış 1,0485 manat/$1 səviyyəsinə qarşı 1,0486 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə Bakı Banklararası Valyuta Birjasının saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0095% ucuzlaşıb.
AMB mayın 21-nə manatın avroya nisbətən rəsmi məzənnəsini mayın 20-də qeydə alınmış 1,1680 manat/1EUR səviyyəsinə qarşı 1,1662 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,1541% möhkəmlənib.
Mayın 21-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi 0,0211 manat/1RUR səviyyəsində qalıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov