Belarus Azərbaycana kənd təsərrüfatı məhsullarının tədarükündə maraqlıdır. Bu barədə Belarusun baş nazirinin müavini Vladimir Semaşko cümə axşamı XXIAzərbaycanBeynəlxalq Qida Sənayesi (“WorldFood Azerbaijan-2015”) sərgisinin açılışında bildirib.
“Kənd təsərrüfatı məhsularının ixracı Belarus üçün prioritetdir. Ötən il biz $6 mlrd. məbləğində məhsul ixrac etmişik. Məqsədimiz $10 mlrd.-lıq səviyyəyə çatmaqdır”, - deyə V.Semaşko bildirib.
Onun sözlərinə görə, Belarus Azərbaycana çirklənmiş torpaqların təmizlənməsi üçün istifadə olunacaq pestisidlər və biopreparatlar da tədarük edə bilər.
Baş nazirin müavini qeyd edib ki, sərgidə 60-dan artıq Belarus şirkətinin, o cümlədən də maşınqayırma sahəsində şirkətlərin məhsulları təqdim edilib.
Kənd təsərrüfatı naziri Heydər Əsədov qeyd edib ki, sərgidə 39 ölkə 293 şirkətlə təmsil olunub, bu isə rekord göstəricidir. Onun sözlərinə görə, bu il sərginin sahəsi 37% artıb.
A.Axundov