Xarici işlər nazirinin müavini Xələf Xələfov Kanada şirkətlərinin işğal edilmiş Azərbaycan ərazilərində fəaliyyət göstərməsinin yolverilməz olduğunu bəyan edib. Bu barədə cümə axşamı XİN-in mətbuat xidmətindənməlumat verilib.
Kanada parlamentinin hakim Mühafizəkarlar Partiyasından olan üzvü, parlamentdə fəaliyyət göstərən Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Barri Devolini ilə görüş zamanı X.Xələfov dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Ermənistanın sülhə vadar edilməsi üçün ikili standartların tətbiqinə son qoymağa və ədalətli mövqe ortaya qoymağa çağırıb.
Nazir müavini, həmçinin NATO-nun üzvü olan Kanadanın bu prosesdə fəal iştirakının əhəmiyyətini qeyd edib.
X.Xələfov Azərbaycan və Kanada arasında ikitərəfli münasibətlərin inkişafı baxımından parlamentlərarası münasibətlərin rolunun vacibliyini qeyd edib. Nazir müaviniəməkdaşlığın müxtəlif sahələrində, xüsusilə iqtisadi sahədə inkişafı üçün geniş imkanların olduğunu bildirib.
Öz növbəsində B.Devoliniticarət əlaqələrinin inkişafı baxımından mövcud potensialların konkret layihələrdə əks olunmasının vacibliyini söyləyib.
R.Babayev