Bakı Ali Neft Məktəbi (BANM) “SOCAR-AQŞ” MMC ilə əməkdaşlıq haqqında razılaşma imzalayıb. Bu barədə BANM-in mətbuat xidməti məlumat verib.
Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov “SOCAR-AQŞ” ilə qurulan əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, imzalanan razılaşmanın BANM-də “Neft-qaz mühəndisliyi” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayacağını qeyd edib. E.Qasımov əlavə edib ki, bu əlaqələr BANM-in tələbələri üçün yeni təcrübə və gələcək karyera imkanları verəcək.
Öz növbəsində “SOCAR-AQŞ” MMC-nin baş direktoru Ramin İsayev rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri haqqında məlumat verib. O, “SOCAR-AQŞ” və BANM arasında yaradılan birgə əməkdaşlığın gələcəkdə tələbələr üçün daha böyük imkan yaradacağına əminliyini ifadə edib.
Tədbir çərçivəsində “SOCAR-AQŞ”nin nümayəndələri III kurs tələbələri ilə görüşüb və müəssisədə 2 aylıq yay təcrübəsi keçmələri üçün onların arasında seçim aparıblar.
Y.Əliyev