Rusiya Federasiyasının Stavropol diyarı Azərbaycana birgə kənd təsərrüfatı müəssisələri yaratmağı təklif edir. Bu barədə diyarın qubernatoru Nikolay Velidan cümə axşamı Bakıda RF ixracatçılarının biznes missiyası zamanı bildirib.
“Stavropol diyarı və Azərbaycan dənli bitkilər, mineral gübrələr, cins mal-qara, üzüm şitili və digər bitkilərin tədarükü sahəsində əməkdaşlıq edir. Son iki ildə Azərbaycana fəal şəkildə tərəvəz, dənli, yem bitkilərinin toxumlarının tədarükünü həyata keçiririk. Azərbaycan və ya Rusiya ərazisində bu istiqamətdə birgə müəssisələr yaratmaq istəyirik”, - deyə N.Velidan qeyd edib.
Onun sözlərinə görə, Stavropol diyarı ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi $250-270 mln. səviyyəsindədir.
“Ticarət dövriyyəsini dəfələrlə artırmaq lazımdır”, - deyə N.Velidan qeyd edib.
O deyib ki, Stavropol diyarından olan nümayəndə heyətinə kənd təsərrüfatı məhsulları istehsalçıları, taxıl treyderləri, ət, süd vədigər qida məhsulları emalı müəssisələrinin təmsilçiləri daxildir.
RF-nin biznes missiyası cümə axşamı Bakıda açılan “World Food Azerbaijan-2015” XXI Azərbaycan Beynəlxalq qida sənayesi sərgisində iştirak edir.
A.Axundov