Azərbaycan prezidenti İlham Əliyev Bakı Sərgi Mərkəzində “World Food Azerbaijan-2015” XXI Azərbaycan Beynəlxalq qida sənayesi və “Caspian Agro-2015” IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezidentə məlumat verilib ki, “World Food Azerbaijan” sərgisində həm ölkəmizin, həm də dünya ərzaq bazarının aparıcı qida məhsulları istehsalçıları, distribütorlarıvə təchizatçıları iştirak edirlər
Qeyd olunur ki, sərgidə iştirak edən şirkətlərin sayı 250-dən çoxdur. Sərgidə MDB, Avropa, Asiya, Latın Amerikası ölkələri, Avstraliya təmsil olunub.
“Caspian Agro 2015” sərgisi ilə tanışlıq zamanı prezidentə bildirilib ki, burada MDB, Avropa, ABŞ və Asiya ölkələrindən kənd təsərrüfatı məhsulları və avadanlıqlarının istehsalçıları və distribütorlarıiştirak edirlər.
F.İsazadə