Serbiya Respublikasının baş naziri Aleksandr Vuçiç Azərbaycan prezidenti İlham Əliyevə Bakıda yaşayış binasında baş vermiş və çoxlu sayda insan tələfatı ilə nəticələnmiş yanğınla bağlı başsağlığı məktubu göndərib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bakı şəhərindəki yaşayış binasında çoxsaylı insan tələfatına səbəb olan yanğın xəbəri məni dərindən sarsıtdı. İnanmaq istəmirəm ki, bu faciə məni çox böyük səmimiyyətlə qarşılayan şəhərdə baş verib. Belə hallarda kədəri bölüşmək üçün söz tapmaq çox çətindir. Bu hadisə zamanı yaxınlarını itirmiş və xəsarət almış insanların acısını paylaşdığımı onlara çatdırmağınızı xahiş edirəm”,- deyə məktubda bildirilir.
Y.Əliyev