Azərbaycan prezidenti İlham Əliyev və Belarusun baş nazirinin müavini Vladimir Semaşko Bakı ilə Minsk arasında əməkdaşlığın genişlənməsi perspektivlərini müzakirə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Həmsöhbətlər münasibətlərin müxtəlif, xüsusilə kənd təsərrüfatı, sənaye, maşınqayırma sahələrində uğurla inkişaf etdiyini vurğulayıblar.
F.İsazadə