"Kapital Bank" 2014-cü ildə istehlak kreditləşməsi üzrə portfelini iki dəfə - 384,045 mln. manata qədər artırıb.
Bankın 2014-cü il üçün auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatına əsasən, cari ilin əvvəlinə “Kapital Bank”ın kredit portfeli 877,798 mln. manat (artım 27,4%) təşkil edir.
2015-ci il yanvarın 1-nə bankın korporativ kreditləşmə üzrə portfeli 287,484 mln. manat (azalma 16,6%) təşkil edir.
Bundan başqa, 2014-cü ilin sonuna bankın ipoteka kreditləşməsi üzrə portfeli 22,06 mln. manat (artım 5,4%), fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin kreditləşməsi üzrə portfeli 67,677 mln. manat (artım 29,2%) təşkil edib.
“Kapital Bank”Azərbaycanda 140 ildir fəaliyyət göstərir və hazırda aparıcı bankların beşliyinə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,87%) və fiziki şəxslərdir (0,13%).
A. Əzizov