SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Neft Daşları” yatağında quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə şirkətin mətbuat xidmətinin məlumatında deyilir.
2075 nömrəli quyu 915 saylı meydançadan qazılıb.
Təmir işlərindən sonra quyu sutkalıq 24 ton neft hasilatı ilə istismara daxil edilib.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir.
N.Abbasova