Latviyanın baş naziri Laymdota Strauyuma bəyan edib ki, əgər Ukrayna və Gürcüstan bu il zəruri şərtləri yerinə yetirərlərsə, 2016-cı ildə Aİ ilə viza rejiminin liberallaşması mümkündür.
“Həm Ukrayna, həm də Gürcüstan üçün cari ilin sonuna qədər bütün meyarları yerinə yetirərlərsə, gələn il bu ölkələrə vizasız rejimin təqdim edilməsi mümkündür. Bu barədə Avropa Komissiyasının yeni hesabatında qeyd olunacaq”, - deyə latviyalı baş nazir cümə günü Riqada “Şərq Tərəfdaşlığı” sammitinin plenar iclasından öncə jurnalistlərə bildirib.
Xəbər verildiyi kimi, Ukrayna və Gürcüstan “Şərq Tərəfdaşlığı” sammitinin yekunları üzrə Aİ tərəfindən vizasız rejimin perspektivlərinə dair dəqiq siqnala ümid edir.