Cümə günü prezident İlham Əliyev Böyükşor bulvarının və parkının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident Böyükşor gölünün bərpasının ilkin mərhələsi çərçivəsində görülmüş işlərlə tanış olub.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlət başçısına görülmüş işlərlə bağlı məlumat verib. Bildirilib ki, bulvar və park ərazisində neftlə çirklənmiş torpaqlar təmizlənib. Ümumi abadlıq işlərinin sahəsi 15 hektardan çoxdur. Burada idman və uşaq oyun meydançaları qurulub, qaçış və velosiped, o cümlədən yaşıllıq zolaqları salınıb.
Qeyd olunub ki, gölün birinci mərhələsi üzrə tikinti işləri başa çatdırılıb. Gölə neft sularının daxil olmasının qarşısının alınması üçün 1570 metr uzunluğunda xüsusi bənd inşa edilib. Bu bənd gələcəkdə 8 zolaqlı avtomobil yolunun özülü olacaq.
Layihənin növbəti mərhələsində gölün digər tərəfinin təmizlənməsi işləri həyata keçiriləcək.
F.İsazadə