2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) fəaliyyətinin genişləndirilməsi məqsədilə dövlət büdcəsindən 48,3 mln. manat məbləğində vəsait alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
Nazirliyin büdcə materiallarına əsasən, bu vəsait ötən il Bakı və Sabirabadda “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, Bakı, Sumqayıt və Gəncə şəhərlərində mərkəzlərin fəaliyyətinin təmin edilməsi, həmçinin Masallı, Tovuz, Şəki, Quba və Bərdədə mərkəzlərin tikintisi üçün ayrılıb.
Bu məqsədlər üçün vəsait dövlət kapital qoyuluşları, dövlət büdcəsində Prezidentin Ehtiyat Fondu və Hökumətin Ehtiyat Fondu çərçivəsində ayrılıb.
A.Əzizov